Ana südü-hər bir qadının körpəsinə verə biləcək ən dəyərli qidadır. Məhz buna görə laktasiyanı (südün əmələ gəlməsini) lazımı səviyyədə saxlamaq, südün uşaq üçün kifayət qədər miqdarda ifraz olunmasını təmin etmək çox vacibdir. Hal –hazırda anaların əksəriyyəti balacanı “tələb ilə” rejimə uyğun qidalandırırlar. Bu halda hər qidalanma zamanı ananın südü körpəsinin bir dəfəyə əmə biləcəyi miqdarda əmələ gəlir.
Ana südünü sağmaq lazımdırmı?
Əvvəlki dövrdə bəzi pediatrlar südü hər qidalandırmadan sonra sağmağı məsləhət görürdülər. Lakin belə sağma rejimi ana üçün çox yorucudur, onun istirahət etməyə və ya başqa işləri görməyə vaxtı qalmır, bu da stressi artıraraq həm laktasiya prosesinə, həm də ananın süd ilə qidalandırmaq istəyinə mənfi təsir edir. Müasir dövrdə hesab olunur ki, belə qaydada ana südünün sağılması ancaq ilk həftələrdə lazım ola bilər ki, bu dövrdə laktasiyanın tam formalaşması və ana orqanizminin körpənin ehtiyaclarına uyğunlaşması baş verməkdədir. Bu uyğunlaşma prosesi bitdikdən sonra “artıq” süd əmələ gəlmir.
Bəzən analar “laktostaz” adlanan hallarla rastlaşır. Laktostaz süd vəzisində südün durğunluğudur. Adətən bu zaman qadın süd vəzisində bərkləşmə və ya narahatlıq hiss edir. Çox vaxt bunun səbəbi qatı südün süd yollarında “tıxac” əmələ gətirməsi ilə bağlıdır ki, körpəyə belə halda südü əmmək çətin olur. Anaya tövsiyyə etmək olar ki, bu vəziyyətlərdə əvvəlcə yüngüllük hissi yarandığa qədər döşünü sağsın, sonra isə körpəni döşə qoysun. Balaca doyandan sonra süd vəzisin yenidən yoxlamaq və bərk hissələr qaldığı halda onları yumşaq olana gədər sağmaq lazımdır.
Aşkar biruzə verən laktostaz zamanı sutkada 1-3 dəfədən artıq olmamaq şərtilə “müalicəvi-profilaktik sağılma” tətbiq olunur. Yaddan çıxarmayın ki, hər qidalandırmadan sonra südü sağsanız, bu laktostaz fonunda südün daha çox miqdarda əmələ gəlməsinə səbəb ola bilər. Həmin hallarda daima sağılma tətbiq olunsa, bu əks effektə gətirə bilər: əlavə əmələ gələn süd laktostaz sahələrinin təkrar yaranması və yayılması ilə nətəcələnə bilər.
Hansı sağma üsulunu seçməli?
Süd vəzisinin yalnız bir hissəsi bərkləşibsə, əl vasitəsilə sağılma daha məqsədəuyğun sayılır ki, bu halda əllənən konkret ağrılı bərk sahəni boşaltmaq mümkündür. Əgər bütün süd vəzisinin bərkləşməsi baş veribsə, əl vasitəsi ilə sağılmanı xüsusi süd sağan cihazlarla yanaşı aparmaq yaxşı olar ki, bu üsul az travmatik sağılmanı təmin edə bilər.
Lakin belə hallar da var ki, süd vəzisinin sağılması ana südü ilə qidalandırmanı saxlamaq üçün, demək olar ki, yeganə vasitədir.
Birinci növbədə bu kateqoriyaya az çəkili və vaxtından əvvəl döğulmuş uşaqlar aiddir, hansılar ki yetkinsizlik səbəbindən ana südünü kifayət qədər əmə bilmirlər və onları xüsusi vasitələr ilə sağılmış südlə qidalandırmaq lazım olur. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çox aşağı çəkili körpələri bədən kütləsinin hər kq 10 ml miqdarda sağılmış ana südü ilə qidalandırmağı tövsiyyə edir.
Bəzən uşaq müəyyən anadangəlmə qüsur və ya xəstəliklərlə doğulur ki, bunlar döş əmməyə müvəqəti maneəçilik törədir. Başqa səbəblərdən döş ilə qidalanırmada çətinliklərlə bağlı vəziyyətləri ( süd vəzisinin yastı və ya batıq formalı gilələri, çatlar və onlarla əlaqəli ağrılar, “süst əmən” uşaq, əkizlərin qidalandırılması və s. ) qeyd etmək olar. Əlbəttə, yaddan çıxarmamalıyıq ki, yaşadığımız müasir dövrdə bir çox analar analıq məzuniyyəti bitməmiş işə çıxmaq məcburiyyətində olurlar, bu da süni qidalandırmağa keçməyə təsir edən əsas vacıb amillərindəndir.
Mütəxəssislər hesab edirlər ki, döş ilə qidalandırmağa müvəqqəti əks göstərişlər olduqda ana südünün müntəzəm sağılması nəinki müəyyən müddət laktasiyanı saxlamaq, hətta onu çoxaltmağa belə kömək edə bilər. Bunun uçün hər sağılmanın müddəti 10-15 dəqiqə olmaqla gün ərzində 6–8 dəfə süd vəzisini sağmaq (gecə vaxtlarında da həmçinin) tövsiyyə olunur. Şübhəsiz ki, bu asan deyil, lakin analar öz körpələrini ana südü ilə qidalandırmaq üçün hər çətinliklərə dözməyə hazırdılar.
Bunu da qeyd etmək vaclbdir ki, son zamanlar mütəxəssislər bir çox analara “ana südünün bankını” yaratmağa təklif edirlər. “Ana südünün bankı” – süd verən qadının körpəsi üçün hazırladığı dondurulmuş süd ehtiyatıdır ki, bunun hesabına ana nəinki müvəqqəti evdən ayrıla bilər, hətta işə çıxaraq, laktasiyanı qoruyub saxlamaq imkanı qazana bilər.
Əlbəttə, belə bir sual yaranır ki, dondurulmuş süd körpə üçün nə dərəcədə faydalı və təhlükəsizdir? Xarıcı tədqiqatçıların məlumatlarına görə ana südünün soyudulması və dondurulması onun tərkibindəki əsas vacib nutriyentlərin ( zülallar, yağlar, laktoza) miqdarına, demək olar ki, heç bir təsir göstərmir. Həmçinin, bir sıra vacıb mikronutriyentlərin (məsələn, sink, fosfor, maqnezium, biotin, niasin, fol turşusu və s.), südün müdafiə amillərinin (immunoqlobulinlər(sIgA), lizosim, laktoferrin və s.) səviyyəsində də dondurulma zamanı ciddi dəyişikliklər qeyd edilməmişdir. Məlumdur ki, aşağı temperaturlar süd yağlarının həzmini təmin edən lipaza fermentinin fəallığını dəyişmir (halbuki, pasterizasiya zamanı fəallıq 50% azalır). Sübut edilmişdir ki, temperatur rejimi ana südünün vacib prebiotikləri olan oliqosaxaridlərin miqdarına heç bir mənfi təsir göstərmir. Bundan əlavə, ana südünün xüsusiyyətləri onu bakterial yoluxmadan qorumaq uçun müəyyən şərait yaradır və bunun hesabına süd daha uzun müddət soyuq vəziyyətdə saxlanıla bilər.
Sağılmış südün təhlükəsiz saxlanılma şərtləri:
Bu müddətdən sonra istifadə edilməyən ana südünü dondurmaq və ya atmaq lazımdır.
Beləliklə, körpənizi təzə sağılmış və ya dondurulmuş ana südü ilə qidalandırırsınızsa, bu hər halda bioloji və qida dəyərinə görə ən keyfiyyətli süni qida məhsullarından üstündür. Növbəti məqaləmizdə Sizi körpəniz üçün ideal olan “ana südünün bankını” yaratmaq qaydaları ilə tanış edəcəyik.
Sağılmış ana südü ilə qidalandırma haqqında maraqlı faktlar
Ədəbiyyat