HUMANA

Humana Piulatte və diqər Humana məhsullarını aldığınızda, məhsulların alınma çekini "Çeki yüklə" pəncərəsinə daxil edin və İQMAMA hesabınıza bonuslar əldə edin.

IQMAMA mağazamızda bonusları istənilən mallara dəyişdirə bilərsiniz.



PARTNYORUN VEB SAYTI

SIMPLA

Saytdan alınan istənilən məhsul pulsuz olaraq Sizə çatdırılacaq.

PARTNYORUN VEB SAYTI

CHICCO

1. IQMama kart sahibləri Chicco-dan mövsüm endirimlərindən kənar geyim və ayaqqabıları 10% endirimli qiymətlərlə; kosmetika, oyuncaq, körpəyə qayğı məhsullarını, uşaq arabalarını və oturacaqlarını isə 5% endirim ilə əldə edə biləcəklər;
2.2. IQMama kart sahibləri Chicco loyallıq kartını hədiyyə olaraq ala biləcəklər.

FACEBOOK
INSTAGRAM

ENTERTAINER

IQMama kart sahibləri Entertainer loyallıq kartını hədiyyə olaraq əldə edə biləcəklər .

PARTNYORUN VEB SAYTI

HAQQIMIZDA

IQMama- xoşbəxt, qayğıkeş və sevən valideynlər üçün bir layihədir:

müxtəlif ölkələrdən ümumi maraqları olan gələcək və bu günün analarını bir araya gətirən cəmiyyətdir.

"Uşaq menyusu nədən ibarət olmalıdır, uşağın ana südü ilə bəslənməsi nəyə görə vacibdir və analar üçün üstünlüyü nədədir; uşağı nə ilə maraqlandırmaq və onun istedadlarını necə inkişaf etdirmək; soyuqdəymə və diareya zamanı nə etmək; dəcəl körpə ilə necə dil tapmaq ...? "- IQMama.com internet saytı bütün bu və bir çox digər vacib suallara cavab tapmağa kömək edir.

IQMama- analara maraqlı mövzulara dair müzakirələr aparmaq və pediatr ilə On-line ünsiyyət qurma imkanı yaradır.

Unikal IQMama kartları isə sahiblərinə tərəfdaşlardan müxtəlif bonuslar və endirimlər əldə etmək imkanı verir. Qeydiyyatdan yalnız IQMama kart sahibləri keçə bilər.

BİZİMLƏ ƏLAQƏ

Ünvan:
Üzeyir Hacıbəyov küç 62, Marine Plaza
Bakı, Azərbaycan

Əlaqə nömrəsi:
+994 12 310 01 31
+994 50 707 28 28

Faks:
+994 12 310 01 41

E-poçt: office@iqmama.az


PIULATTE ®

Ana südü –körpəniz üçün ən faydalı qidadır! Yaddan çıxarmayın ki, ana südündən imtina - həm ana, həm də uşağın səhhətində yarana biləcək ciddi problemlərə səbəb ola bilər. Lakin, statistikaya görə, anaların yalnız 40%  uşaqlarını 6 aya qədər ana südü ilə qidalandırır. Bunun əsas səbəbi hipoqalaktiya (ana südünün azalması) sayılır. Hipoqalaktiya 57,8% süd verən analarda qeyd olunur.

Laktasiyanı (südün əmələ gəlməsini) artırmaq üçün təhlükəsiz, effekti elmi tədqiqatlarda təsdiq edilmiş maddələrin istifadəsi tövsiyyə olunur.

Belə bir təbii təhlükəsiz vasitə-  PİULATTE PLUS-dur.

marianum (dəvə tikanı) və fosfatidilserin)
Silymarin + Galega  : Süd verən analarda laktasiyanı saxlamaq və artırmaq üçün 2 təbii laktogen maddədir.
Silimarin (Dəvə tikanı): laktasiyanı artırmaqla yanaşı həmçinin qaraciyərin fəaliyyətini yaxşılaşdırır, iltihab əlehinə təsirə malikdir.
Galega officinalis: Laktasiyanı artırır, qanda şəkərin miqdarını azaldır.
Patent Silitidil® (Silimarinin fitosomların hesabına  biomənimsənilməsini artırır)

ONLAYN ALMAQ

Qaynar hətt+994 55 554 7777 və ya
+994 50 273 2746

Fitosomlar: effektiv nəql etmə sistemidir (silimarinin sorulmasını 20 dəfə daha yüksək edir).
Fosfolipidlər-«stress hormonu» olan kortizolun səviyyəsini tənzimləyir (kortizolun səviyyəsinin yüksəlməsi laktasiyanı azaldır), əhvalın yaxşılaşmasına kömək edir.
Mastitlərin (süd vəzisinin iltihabı) profilaktikasında effektivdir.
100% təbii.

İstifadə müddəti: Ana doğuşdan dərhal sonra başlayaraq körpəsini süd ilə qidalandırdığı müddət ərzində qəbul edə bilər.
Dozalanma: 1-2 paket gündə 1 dəfə, yeməkdən 1 saat əvvəl və ya 1 saat sonra  (daha yaxşı günün ikinci yarısında). Paketin içindəkini kiçik ölçülü stəkanda su və ya başqa mayedə həll etmək.

Ədəbiyyat:
  1. Wilinska M. et al.; Galactogogues and breastfeeding: focus on new natural solution for hypogalactia. Nutrafoods 2015; DOI: 10.1007/s13749-015-0034-9.
  2. Gozák R. et al.; Silybin and Silymarin – new and emerging applications in medicine. Curr Med Chem 2007; 14: 315-338.
  3. Zuppa A.A. et al.; Safety and efficacy of galactogogues: substances that induce, maintain and increase breast milk production. J Pharm Pharmaceut Sci 2010; 13 (2): 162-174. 4
  4. Singh A. et al.; Phytosome: drug delivery system for polyphenolic phytoconstituents. Iran J Pharm Sci 2011; 7 (4): 209-219.
  5. Di Pierro F. et al.; Clinical efficacy, safety and tolerability of BIO-C® (micronized Silymarin) as a galactogogues. Acta Biomed 2008; 79: 205-210 ;
  6. E Zecca, AA Zuppa, A D’Antuono, E Tiberi, L Giordano, T Pianini and C Romagnoli Efficacy of a galactogogue containing silymarin-phosphatidylserine and galega in mothers of preterm infants: a randomized controlled trial European Journal of Clinical Nutrition (2016), 1–4

SAYTDAN İSTİFADƏ QAYDALARI

www.iqmama.com saytının istifadəsi aşağıdakı şərtlərə əsaslanır:

Aşağıdakı şərtləri qəbul etmirsinizsə, xahiş edirik, www.iqmama.com saytına müraciət etməyin və / və ya ondan istifadə etməyin.

Biz də bu qaydaları kimsə ilə  razılaşmadan dəyişdirmək və düzəltmək hüququnu özümüzdə saxlayırıq.

Saytdan istifadə

  1. www.iqmama.com  veb səhifəsi uşaqlara qayğı, onların qidalanması, inkişafı və tərbiyyəsi ilə əlaqədar məsləhət almaq və öz təcrübəsini saytın digər istifadəçiləri ilə bölüşmək imkanı yaratmaq məqsədi ilə ana olmağa hazırlaşan xanımlar və gənc analar üçün nəzərdə tutulub.
  2. Saytdan qeydiyyat zamanı kart nömrəsini daxil etdikdən sonra giriş əldə edən IQMama kart sahibləri istifadə edilə bilər.
  3. Saytın rəhbərliyi qeydiyyat zamanı sahiblərin verdiyi şəxsi məlumatların məxfiliyinə zəmanət verir.
  4. "Kartı əldə et " bölməsinə müraciət edən, həmçinin ana və uşaq problemləri ilə maraqlanan hər internet istifadəçisi kimi kartı pulsuz əldə edə bilər.
  5. IQMama kartları satılmır və ya satın alınmır.
  6. IQMama kart sahibləri, sayta daxil olmaq imkanı ilə yanaşı  www.iqmama.com saytının tərəfdaşlarından mal və xidmətlərin alınması üçün əlavə xüsusi şərtlərdən istifadə edə bilər.
  7. IQMama kartları bonusları toplamaq və www.iqmama.com saytının mağazasında onları  istənilən əşyalarla əvəz etmək imkanı verir.
  8. Siz tərəfdaşların loqosuna tıklayaraq, təklif olunan xidmətlər haqqında məlumat əldə edə bilərsiniz.
  9. www.iqmama.com saytında iş günləri saat 9.00-dan 18.00-ə  dək  iştirakçıların saytın bölmələri ilə bağlı suallarına cavab verəcək  canlı chat işləyəcəklər. Suallar tibb sahəsinə aid olduqda, onlar mütəxəssisə  yönləndiriləcəklər.
  10. Saytın istifadəçiləri məqalələr və tövsiyələr barədə şərh vermək imkanına sahib olacaqlar, "Şərhlər" bölməsinə tıklayaraq məsləhətlərini bölüşəcəklər.
  11. Ana və uşaqlar üçün sayt tərəfindən təşkil olunan tədbir və müsabiqələr haqqında məlumat, onları tarixi və məkanı təyin olunan zaman, saytın əsas səhifəsində yerləşdiriləcək.
  12. Saytda yerləşdirilmiş məqalə və nəşr şəklində bütün məlumatlar mütəxəssis tərəfindən seçilir və onların rəsmi mənbələri qeyd olunur.
  13. Saytdan məlumatı kommersiya məqsədləri üçün kopyalamaq və istifadə etmək qadağandır.
  14. www.iqmama.com saytının məzmununu kommersiya və qeyri-kommersiya məqsədləri üçün uyğunlaşdırmaq və dəyişdirmək qadağandır.
  15. www.iqmama.com saytının məzmununun hər hansı digər istifadəsi yalnız sayt rəhbərliyinin əvvəlcədən yazılı razılığı ilə mümkündür.
  16. www.iqmama.com  saytının  məzmununun  və işləməsinin davamlı  və ya səhvsiz olacağına zəmanət verilmir, bu da texniki problemlər səbəbindən mümkündür.
  17. www.iqmama.com  tərəfdaşları təqdim etdikləri  loqonun və xidmətlərin yerləşdirilməsi barədə yazılı razılaşma əsasında saytla əməkdaşlıq edirlər.
  18. Bu şərtləri bilməmək və ya nəzərə almamaq, onlara riayyət etmədiyinizə görə sizi  məsuliyyətdən azad etmir.

www.iqmama.com Azərbaycan, Gürcüstan, Özbəkistan, Qazaxıstan
istifadəçiləri üçün nəzərdə tutulub

 

Döğuşun yaxınlaşmasının əlamətləri

Beləliklə, narahatlıqla dolu 9 ay sona yaxınlaşır, və ailənin hər üzvü  körpənin dünyaya gəlməsini səbirsizliklə gözləyir. Lakin bir çox qadınlarda, əsasən də, ilk dəfə ana olmağa hazırlaşanlarda sual yaranır ki, doğuşun yaxınlaşmasını necə bilmək olar  ki, doğum evinə vaxtında çatmaq olsun. Hətta bəziləri doğuşun başlamasını belə nəzərdən qaçırmaqdan ehtiyat edirlər!

Körpənin yaxın zamanlarda dünyaya gələcəyini necə bilməli?

Bir neçə vacib əlamətlər Sizə kömək edə bilər:

  1. Qarının aşağıya doğru «yönəlməsi». Bunun əsas səbəbi körpənin hamiləliyin axır aylarında aşağıya doğru yerini dəyişir, nəticədə qadının qarnı formasını şarabənzərdən armudvarıyə dəyişir. Bu halda əl rahatlıqla döş ilə qarının arasında yerləşir. Nəfəsalma asanlaşır, qabırğa sahələrində gərginlik azalır. İlk doğanlarda bu əlamət adətən doğuşdan 2 həftə əvvəl qeyd edilir, təkrar doğanlarda –daha gec.

  2. Qarının aşağısında və beldə sızıldayıcı ağrılar və diskomfort hissi. Bir qayda olaraq, belə sızıldayıcı ağrılar bağların dartılması, qarının aşağıya doğru yönəlməsi ilə bağlı olur. Təkrar doğanlarda bu əlamətlər olmaya bilər.

  3. Sidik ifrazının tezləşməsi və ishal halları. Adətən, sidik ifrazının tezləşməsiqarının aşağıya doğru yönəlməsinın nəticəsi olur. İshal halları isə hormonal dəyişikliklərlə bağlı ola bilər ki, bu dəyişikliklər hamiləliyin son həftələrində uşaqlığın saya əzələlərinin boşalmasına komək edir. Həmin effekt  bağırsaqda da müşahidə edilir.  
  1. Yerişin dəyişməsi. Yeriş qaydasının xüsusi olmasının əsas səbəbi –uşaqlığın aşağıya doğru yerdəyişməsidir. Nəticədə ağırlıq mərkəzinin də vəziyyəti dəyişir. Buna görə də “ördək” yerişi əmələ gəlir, gələcək ana ümumilikdə başını arxaya doğru tutmaqla xüsusi “kralıça” və ya “fəxr” duruşu ilə xarakterizə olunur.
  1. Cinsi orqanlardan ifrazatların artması. Cinsi orqanlardan duru ifrazatlar adətən hamiləliyin son həftələrində arta bilər ki, bu da döl qovuğunun aşağı hissəsinin uşaqlıqdan tədricən ayrılması ilə əlaqəlidir. Lakin, bəzən bu əlamət dölyani mayenin ifrazı haqqında fikir yarada bilər, bu isə qadında narahatlığa səbəb olur. Şübsəniz olduqda həkimlə məsləhət etmək daha yaxşı olar. Belə ifrazatları “selikli tıxacın” ayrılması ilə səhv salmaq lazım deyil. Selikli tıxac – hamiləlik dövründə uşaqlıq boynunu bağlayan dölün təbii müdafiə amilidir. Doğuş yaxınlaşan məqamda uşaqlığın boynunun nisbi genişlənməsi nəticəsində selikli tıxac 2-3 ml həcmində olan, rəngsiz və ya cüzi qan izləri ilə səciyyələnən  selikli ifrazat şəklində ayrıla bilər.  Bu əlamət adətən doğuşa bir neçə gün qalmış müşahidə edilir. Bu halda körpəniz artıq infeksiyadan müdafiə olunmur və Siz  cinsi orqanların gigiyenasına daha ciddi diqqət yetirməlisiniz.
  1. Çəkinin bir qədər azalması. Gələcək ananın orqanizmində hamiləlik dövründə suyun toplanması və ödemlərin əmələ gəlməsinin səbəblərindən biri dölün inkişafında vacıb rol oynayan hormon – progesterondur. Lakin təxminən 37 həftədən sonra körpənin inkişafı demək olar ki bitir və bu vaxtdan progesteronun ifrazı azalmağa başlayır. Bununla bağlı suyun itirilməsi və ümumi çəkinin 2 kq qədər azalması müşahidə edilir.  Bu tez-tez rast gələn, lakin 100% hallarda qeyd olunmayan bir əlamətdir.    
  1.  “Məşqedici” tutmaların əmələ gəlməsiBir qayda olaraq , doğuşdan 2–3 həftə əvvəl müşahidə olunur və doğuşa qədər davam edir. Səbəbi- uşaqlıq əzələlərinin gələcək doğuş prosesinə “hazırlaşmasıdır”. Qarın boşluğunda gərginlik kimi hiss edilir.  Həqiqi tutmalardan fərqli olaraq bu tutmalar müntəzəm deyil, az ağrılıdır, müxtəlif müddət davam edir. Bədən vəziyyətinin dəyişməsi və ya fiziki yüklənmə onları azalda və ya tam dayandıra bilər.  

Doğuşun birbaşa başlanmasının əsas əlamətləri – tutmaların müntəzəm qeyd edilməsi, tezliyinin artması və müddətinin uzanmasıdır.Qadın müəyyən vaxt ərzində onların sayını və müddətini qeyd etməlidir. Bu doğuşun həqiqətən başlanmasından əmin olmaq və məlumatları həkimə verməyə komək edə bilər. Bu hallarda dərhal həkim ilə əlaqə saxlayın!  

Ən əsası isə, yadda saxlayın ki, Siz hər çətinliyin öhdəsindən gələ bilərsiniz, və çox yaxın vaxtda Sizin həyatınıza sevimli körpə daxil olacaq!

Ədəbiyyat

  1. Воскресенский С.Л., Тесакова М.Л., Небышинец Л.М Родовая деятельность: история вопроса. МЕДИЦИНСКИЕ НОВОСТИ.2012, №2, 6-11.
  2.  Ушакова Г.А., Петрич Л.Н. СОВРЕМЕННЫЕ ПРЕДСТАВЛЕНИЯ О МЕХАНИЗМАХ РАЗВИТИЯ РОДОВОЙ ДЕЯТЕЛЬНОСТИ. ОБЗОР. Мать и дитя. 2016, №2(65),4-10
Yeni şərh əlavə etmək üçün sistemə daxil olun